Haqqımızda

Font size:
  • Decrease
  • Reset
  • Increase

"Bizim Şəhər" MMC - daşınmaz əmlak şirkəti 1 mart 2005-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti firma və təşkilatlara, eləcə də fiziki şəxslərə daşınmaz əmlak sahəsində rieltor xidmətlərinin göstərilməsindən ibarətdir. Şirkətin fəaliyyəti müştərilərlə düzgün və şəffaf münasibətlər, həmçinin məlumat və maliyyə aydınlığı prinsipi üzərində qurulmuşdur. Şirkət, şəhər sakinləri, müştəriləri, əməkdaşları və partnyorları qarşısında öz fəaliyyətinin nəticələri ilə məsuliyyət daşıyır. Bu, daşınmaz əmlak sahəsindəki görülən bütün əməliyyatlar zamanı qanunun aliliyini təmin edən rieltor xidmətləridir. Məqsədimiz qabaqcıl texnologiyaları tədbiq etmək yolu ilə göstərilən xidmətlərin keyfiyyətini daim yüksəltməkdir. Bizim fəxrimiz məsləhət yolu ilə müraciət edən müştərilərimizdir. Şirkətimiz uzun müddətli, işgüzar və partnyor münasibətlərini qoruyur. "Bizim Şəhər" MMC- daşınmaz əmlak şirkətinin məqsədi kommersiya strukturları və fiziki şəxslərlə daşınmaz əmlak sahəsində uzun müddətli əməkdaşlıq layihələrini möhkəm təməl üzərində qurmaqdır. "Bizim Şəhər" MMC-nin yaradıcısı və direktoru Elman Hətəmov Azərbaycan Rieltorlar Assosiyasiyasının üzvüdür. 1996-cı ildən daşınmaz əmlak sahəsində təcrübəyə malikdir. Rieltor fəaliyyətinə "TurFid" daşınmaz əmlak Agentliyində başlamışdır. Daşınmaz əmlak üzrə mütəxəssisdir. Bakı şəhərindəki aparıcı agentliklərlə əməkdaşlıq edir. Azərbaycan Respublikasının müstəqilliyi, çiçəklənməsi və inkişafında Prezident  İlham Əliyevin kursunu dəstəkləyir.

Əlaqə

(+994 50) 315 02 75
head@bizimsheher.az
skypeelman.hatamov (our city)

Facebook Our City